RU

Nazirin müavini işdən çıxarıldı, iki yeni müavin təyin olundu

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov vəzifəsindən azad olunub.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamları ilə Zaur Əliyev və Seymur Səfərli kənd təsərrüfatı nazirin müavinləri təyin ediliblər.

Z.Əliyev indiyədək kənd təsərrüfatı nazirinin müşaviri, S.Səfərli isə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıblar.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 26-da “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.


Telegram kanalımız
Избранный
83
4
yenisabah.az

6Источники