RU

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi -

Azərbaycanda karate və döyüş sənətləri sahəsində tanınmış, əməkdar məşqçi və idman xadimi Mirəli Seyidov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasından məlumat verilib.

Mirəli Seyidov Azərbaycan karate məktəbinin formalaşmasında, gənc idmançıların yetişdirilməsində və idman etikası prinsiplərinin təbliğində əvəzsiz xidmətləri ilə seçilmişdir.

Onun zəhməti və insani keyfiyyətləri Azərbaycan idman ictimaiyyəti tərəfindən daim yüksək qiymətləndirilmişdir.

Избранный
111
5
metbuat.az

6Источники