2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması ilə bağlı yeniliklər açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və qarşıdakı dövr üçün hədəflər” mövzusunda keçirilən mətbuat konfransı zamanı ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi istiqamətində aparılan işlər barədə məlumat verib.
O bildirib ki, Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir:
"Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur.