RU

Professor: Müharibə başlasa, İrandakı rejimin süqutu qaçılmaz olacaq

Reyting.az saytına istinadən ain.az xəbər verir.

“Hazırda İran ABŞ tərəfindən faktiki olaraq mühasirəyə alınıb. Amerika İran ətrafında böyük hərbi qüvvə cəmləşdirib. Məqsəd İran məsələsini birdəfəlik həll etməkdir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli İran ətrafında yaranmış vəziyyəti qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, ABŞ ilə İranın hərbi qüdrətini müqayisə etmək mümkünsüzdür. Q. Hüseynli İranın ABŞ-a qarşı ciddi müqavimət təşkil edə biləcəyinə inanmır.

Professor əlavə edib ki, İrana qarşı müharibə hər an başlaya bilər:

“Sözsüz ki, gündəmdə duran bir nömrəli məsələ İranda hakimiyyət məsələsidir. Görünən budur ki, Amerika İrandakı mövcud rejimi ləğv edib, dünyəvi dövlət qurmaq istəyir. ABŞ hesab edir ki, dünyəvi dövlət onun maraqlarına qarşı addımlar atmaz”.

Q. Hüseynli İrana qarşı müharibənin başlama ehtimalını yüksək sayır:

“Müharibəyə İsrail də qoşulacaq. Zənnimcə, budəfəki müharibə daha ağır olacaq. İranın buna tab gətirəcəyini zənn etmirəm. Müharibə başlasa və genişlənsə, İrandakı mövcud hakimiyyətin süqutu baş verəcək”.

Q. Hüseynli sonda əlavə edib ki, hazırkı vəziyyətdə İranın nüvə silahı yaratmaq və digər buna bənzər məsələlər də rol oynayır.

Nemət ORUCOV

Reyting.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
22
reyting.az

1Источники