RU

SİYASƏTDƏ LƏYAQƏT NÜMUNƏSİ Zelenski öz siyasi rəqibini niyə mükafatlandırdı? (FOTO)

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna müharibəsi sıravi ukraynalılarla yanaşı, bu ölkədəki bir çox siyasi fiqurlar üçün çətin sınaq oldu. Onlardan Rusiyaya satılanlar da, müharibənin ağır günlərində korrupsiya ilə məşğul olanlar da, ölkəni qoyub Avropaya qaçanlar da olub. Lakin özünü çox ləyaqətli aparan, ölkəni bu vəziyyətdən çıxarmaq üçün əlindən gələni edən, hətta cəbhədə həlak olan siyasətçilərə dair də xeyli nümunələr var…

“AzPolitika” xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Prezident Volodimir Zelenski Pilotsuz Sistemlər Batalyonu komandiri Oleq Lyaşkonu “Ukraynanın Müdafiəsinə görə Ordeni” ilə təltif edib. Söhbət Ukraynadakı ən qalmaqallı siyasətçilərdən biri, Ukrayna Radikal Partiyasının sədri, keçmiş deputat və prezidentliyə namizəd Oleq Lyaşkodan gedir.

2019-cu il prezident seçkisində Zelenskinin rəqiblərindən biri olan, seçicilərin 6 faizə yaxın səsini toplayan Lyaşko həm seçkidən öncə, həm də sonra Zelenskini ən sərt şəkildə tənqid edən siyasətçilərdən biri olub. Radikal mövqeyilə seçilən, keçmiş Prezident Pyotr Poroşenkonu güllələməyi təklif edən, ABŞ-ni isə Ukraynanın daxili işlərinə qarışmaqda sərt ittiham edən Lyaşko zamanında Zelenski və onun ətrafı barədə də kəskin ifadələr işlədib. Zelenski isə hələ aktyorluğu dövründə Lyaşkonu hətta təhqiramiz şəkildə parodiya edib. Prezident seçiləndən sonra da onların münasibətləri kəskin olub. 2019-2022-ci illərdə siyasətçi Lyaşko (artıq deputat deyildi) Prezidentə qarşı qəzəbli çıxışları ilə tanınıb.

Lakin 2022-ci il fevralın 24-dən – müharibə başlayan gündən hər şey dəyişdi. Ukrayna birləşdi. Zelenski cəsarəti ilə dünyanı heyrətləndirdi, Lyaşko isə könüllü şəkildə cəbhəyə yazılaraq ukraynalıları yaxşı mənada təəccübləndirdi. O, son dörd ildir ki, susur və vətənini ön xətdə müdafiə edir. Nə Zelenski, nə də hakimiyyət barədə müharibə başlayan gündən bəri bir dəfə də olsun mənfi danışmayan Lyaşko orduda batalyon komandiri vəzifəsinə qədər yüksəlib. Onun bu ləyaqətli davranışı Zelenski tərəfindən eyni dərəcədə ləyqətlə qiymətləndirilib. Lyaşkonun bu ordenə layiq görülməsi isə yəqin ki, siyasətdə ləyaqətin, mərdliyin nadir nümunələrindən biri kimi tarixə düşəcək.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
azpolitika.info

1Источники