RU

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb - YENİLƏNİB

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 20 ailə (103 nəfər) köçürülüb.

06:30

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 20 ailə - 103 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

"Cebheinfo.az"

Избранный
103
4
cebheinfo.az

10Источники