RU

İcbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək

Cari il icbari tibbi sığortanın Xidmətlər Zərfinin əhatə dairəsi genişləndiriləcək və bu, bir neçə əsas tibbi sahəni əhatə edəcək.

AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflərlə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, dəyişikliklərdən birincisi travmatologiya sahəsidir. Tibbi göstəriş olduqda, revizion protezləmə, yəni ilkin protezin yenisi ilə əvəz olunmasının icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulur. Bununla yanaşı, neyrocərrahiyyə sahəsində mərkəzi və periferik sinir sisteminə dair diaqnostik və cərrahi müdaxilələrin, oftalmologiya sahəsində görmə qabiliyyətinin bərpası və qorunmasına yönəlmiş müasir və effektiv xidmətlərin, kardiologiya sahəsində invaziv kardiologiya və kardiocərrahiyyə üzrə minimal invaziv və yüksək texnoloji tibbi xidmətlərin çeşidinin artırılması nəzərdə tutulur.

Zaur Əliyev 2026-cı ildə resept əsasında yazılan ambulator dərmanların qarşılanması barədə yenilikləri də açıqlayıb. O bildirib ki, Azərbaycan üzrə ölüm riskinin əsas səbəblərindən birincisi ürək-damar xəstəlikləridir. Bu səbəbdən ilkin mərhələdə ürək-damar xəstəliklərinin yaranmasına əsas təsir edən amillərdən biri olan hipertenziya xəstəliyinin müalicəsində istifadə olunan antihipertenziv dərman vasitələrinin qarşılanması nəzərdə tutulur. “İlkin mərhələdə ümumilikdə 76 dərman vasitəsinin təmin olunması planlaşdırılır. Bu dərmanlar 28 təsiredici maddəni əhatə edir və müxtəlif doza və kombinasiyalar üzrə təqdim ediləcək”,- deyə İdarə Heyətinin sədri vurğulayıb.

Избранный
14
13
yeniazerbaycan.com

10Источники