“Qarabağ”la oyun öncəsi “Liverpul”un heyətində bir sıra zədəlilər var.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisində Co Qomez zədə səbəbindən sıradan çıxıb. Müdafiəçi “Bornmut”la oyunda aldığı zədədən sonra meydanı tərk edib və onun “Qarabağ”la matçda iştirakı sual altındadır.
Bundan başqa, Covanni Leoni və Konor Bredli də zədəlidir. Federiko Kyezanın da səhhətində problem var və onun oyunda iştirak edib-etməyəcəyi dəqiqləşməyib.
Atası vəfat edən İbrahim Konate isə hələ də komandanın düşərgəsinə qayıtmayıb.
Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-də, saat 00:00-da keçiriləcək.