RU

Dövlət qurumu 3 şirkətə 6,5 milyon manatlıq sifariş verdi

"Regional Su Meliorasiya Xidməti" PHŞ tərəfindən həyata keçirilən müxtəlif avadanlıq və materialların satınalınması üzrə elan edilmiş 4 tenderin nəticəsi açıqlanıb.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Xidmət ümumi dəyəri 6 540 816 manat olan müqavilələr imzalayıb. Satınalmaların nəticələri aşağıdakı kimidir:

  1. "Elbite" MMC – Sürtkü yağlarının satın alınması. Müqavilənin dəyəri 2 266 866 manat təşkil edir.

  2. "Universal Pro" QSC – D tipli nasos və D tipli nasos aqreqatlarının (mühərriklə birlikdə) satın alınması. Müqavilənin dəyəri 1 590 050 manat təşkil edir.

  3. "Ramma" QSC – Yüküözüboşaldan avtomaşınların satın alınması. Müqavilənin dəyəri 1 498 000 manat təşkil edir.

  4. "Universal Pro" QSC – Elektrik mühərriklərinin satın alınması. Müqavilənin dəyəri 1 185 900 manat təşkil edir.

Beləliklə, "Universal Pro" QSC Xidmətin iki tenderində qalib gələrək ümumilikdə 2 775 950 manat dəyərində sifariş alıb.

Избранный
45
fed.az

1Источники