RU

Premyer Liqada 60 nəfərin ümidinə qalan komanda da var

Misli Premyer Liqasının 2025-2026 mövsümündə antirekord qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, 17-ci turun “İmişli” – “Araz-Naxçıvan” oyununa təsadüf edib.

Quba Olimpiya İdman Kompleksində keçirilən görüşü tribunadan ümumilikdə 60 tamaşaçı izləyib ki, bu da cari mövsümün ən zəif göstəricisidir.

“İmişli” bununla öz antirekordunu yeniləyib. Çünki buna qədər Premyer Liqanın iki fərqli oyununa 100 nəfər toplaşmışdı. Həmçinin “Araz-Naxçıvan”ın da iki ev qarşılaşmasında 100 azarkeş olub.

Ümumiyyətlə, cari mövsüm “İmişli”nin 8 ev oyununda ümumilikdə 3560 tamaşadı olub.

Orta hesabla hər matça 445 nəfər düşür. Bu göstərici ilə bölgə klubu yalnız “Araz-Naxçıvan”ı qabaqlayır.

Избранный
95
sportinfo.az

1Источники