AZ

Üç “müştəri”si var - “Bayern”dən ayrılacaq yarımmüdafiəçinin

“Bayern”in yarımmüdafiəçisi Leon Qoretska mövsümün sonunda klubu azad agent statusu ilə tərk edəcək.

30 yaşlı futbolçunun müqavilə müddətinin başa çatmasına yarım il qalsa da, tərəflər arasında yeni anlaşma imzalanmayacaq.

Spotinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi hazırda Avropanın top-çempionatlarını təmsil edən üç klubun maraq dairəsindədir. Bunlar “Atletiko”, “Milan” və “Tottenhem”idir.

Qoretska 2018-ci ilin yayından etibarən “Bayern”in formasını geyinir. O, Münhen klubunun heyətində bütün turnirlər daxil olmaqla 292 oyuna çıxıb, 47 qol vurub və 48 məhsuldar ötürmə verib.

30 yaşlı futbolçunun yayda karyerasını harada davam etdirəcəyi artıq müzakirə mövzularından birinə çevrilib.

Seçilən
21
1
sportinfo.az

10Mənbələr