RU

“İran yaxınlığında böyük bir ordumuz var” - Tramp

ABŞ Prezidenti Donald Tramp ölkəsinin İran yaxınlığında böyük qüvvələr cəmləşdirdiyini və Tehranın dialoqa hazır olduğuna əminliyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, dövlət başçısı bu barədə "Axios"a açıqlama verib.

"İranın yaxınlığında böyük bir ordumuz var, Venesuela yaxınlığında olan ABŞ qüvvələrindən daha böyük. İran razılaşma əldə etmək istəyir. Bilirəm, dəfələrlə zəng ediblər, danışmaq istəyirlər", - deyən prezident hansı razılaşmalardan söhbət getdiyini dəqiqləşdirməyib.

Tramp İranla bağlı hansı tədbirlər görmək niyyətində olduğunu da açıqlamayıb. O, ölkədəki vəziyyətin dəyişkən olduğunu bildirib./Oxu.az


Telegram kanalımız
Избранный
55
1
yenisabah.az

2Источники