RU

“Liverpul”dan “Qarabağ”la bağlı maraqlı paylaşım

Yazını böyüt
Yazını kiçilt

“Liverpul” klubunun rəsmi İnstaqram sosial şəbəkə hesabı “Qarabağ” komandasının İngilltərəyə bugünkü səfəri ilə bağlı maraqlı paylaşım edib.

Hafta.az xəbər verir ki, paylaşımda bildirilib: 

“Enfilddə qeyri-adi bir rekord gözlənilir. UEFA Çempionlar Liqası qarşılaşması üçün “Qarabağ” Bakından yola düşüb. Bu, “Liverpul”un indiyədək qəbul etdiyi ən uzun Avropa səfəri olacaq”.

Qeyd edək ki, “Qarabağ”ın Liverpul şəhərinə təyyarə ilə yolçuluğu 7 saat çəkib. 

Liverpul tarixində ən uzun səfər yolçuluğuna gəlmiş 10 komandanın adı:

1. “Qarabağ” - 2583 mil (4157 kilometr)

2. “Anji” (Mahaçqala) - 2378 mil

3. “Makkabi” (Hayfa) - 2341- mil

4. “Dinamo” (Tbilisi) - 2319 mil

5. “Spartak” (Vladiqafqaz) - 2260 mil

6. “Apollon” (Limasol) - 2171 mil

7. “Trabzonspor” - 2139 mil

8. “Rubin” (Kazan) - 2041 mil

9. “Qalatasaray” - 1706 mil

10. “Beşiktaş” - 1706 mil

Избранный
83
8
hafta.az

9Источники