RU

Yazıçılar Birliyindəki Rauf Aslanov kimdir?- O nə üçün yazıçılara qənim kəsilib…

Azərbaycan Yazıçılar Birliyi ətrafında baş verən qalmaqallar səngimək bilmir. İş o həddə çatıb ki, yazıçı və şairlər öz doğma ocaqlarından üz döndərirlər. Onların sırasında Kəramət Böyükçöl, Zahid Sarıtorpaq, Şərif Ağayar, Qismət, Babək Göyüş, İlham Qəhrəman, Aqşin Yenisey kimi tanınmış istedadlı qələm adamlarının olması çox ağrılıdır.

CİtyPost.az xəbər verir ki,Yazıçılar Birliyindən üz döndərənlərin əksəriyyəti səbəb kimi AYB sədrinin müşaviri və Mənzil Komissiyasının sədəri Rauf Aslanovla aralarında problem yaranmasını və ya onlardan pul tələb edilməsini göstəriblər.

Mənzil və təqaüd vermək üçün rüşvət tələb etməkdə və ya qeyri-qanuni sələmçilik fəaliyyətində adı mətbuatda daha çox hallanan Rauf Aslanovdan bundan əvvəl də bir neçə AYB üzvü (Ramiq Muxtar, Fəzail İsmayıl, Saday Şəkərli, Vüsalə Abdullayeva) ilə analoji problemi olduğu üçün iş məhkəmə müstəvisinə qədər gedib çıxmışdır. Citypost.az-a daxil olan məlumata görə Rauf Aslanovun AYB-nin digər üzvü, fotojurnalist Bayram Afurcalıya birliyin inzibati binasına girməyi qadağan edib. O, Bayram Afurcalını ölümlə hədələyərək əgər ona qarşı çıxış edərsə, digər yazışı Saday Şəkərli kimi həbs etdirəcəyini söyləyib.

Xüsusi qeyd: Citypost.az-a Rauf Aslanovla iş birliyində olmuş və ondan xeyli miqdarda faizlə pul almış, Azad adlı şəxsin yaxınları zəng edib bildiriblər ki, əslən Yardımlı rayonundan olan Azad, Rauf Aslanovdan faizlə aldığı pulları vaxtında ödəyə bilmədiyi üçün onun şikayəti əsasında həbs edilib. O, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 17 saylı Cəza Çəkmə Müəssisəsində dünyasını dəyişib. Həmin şəxslər yaxın günlərdə Citypost.az-a rəsmi müraciət edəcəklərini və iddialarına dair əllərində olan sənədləri təqdim edəcəklərini bildiriblər.

Избранный
98
1
editor.az

2Источники