Sumqayıtda maşın təmiri sexində baş verən yanğın söndürülüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
17:05
FHN-nin “112” qaynar xəttinə Sumqayıt şəhərində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər görülür.
Əlavə məlumat veriləcək.
"Cebheinfo.az"