RU

AŞPA-nın vitse-prezidenti Rubinyan oldu



AŞPA-nın vitse-prezidenti Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan seçilib.

aia.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rubinyan özü məlumat yayıb.

"Mən Ermənistana ayrılan kvota ilə AŞPA-nın vitse-prezidenti seçildim", - deyə o qeyd edib.

Rubinyan bundan əvvəl Ermənistan-Türkiyə normallaşması üzrə komissiyanın rəhbəri olub. Daha sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri təyin edilib.

aia.az



Избранный
65
3
aia.az

5Источники