RU

Mikayıl Cabbarov: Azərbaycan və İsrail işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır  

Azərbaycan və İsrail arasında əməkdaşlıq investisiyaların təşviqi və qarşılıqlı qorunması, habelə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərlə dəstəklənir. Bunlar işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda çıxışı zamanı bildirib.

Nazir bildirib ki, ölkələrimiz genişspektrli sektorlar üzrə real nəticələr verən güclü və praqmatik tərəfdaşlıq qurublar.

“Buna misal olaraq, "Azərbaycan İnvestisiya Şirkəti" ASC (hazırda Azərbaycan Biznesinin İnkişafı Fondunun tərkibinə daxil edilib) və İsrailin “OurCrowd” şirkəti arasında imzalanmış və icra olunan strateji əməkdaşlıq sazişini göstərmək olar. Bu saziş vasitəsilə Azərbaycan tərəfi enerji, səhiyyə, kiber-təhlükəsizlik, aqro-qida və təhsil texnologiyalarına diqqət yetirməklə texnologiya və biznes əlaqələrimizin genişləndirilməsinə yönəlmiş investisiyalar həyata keçirir”, - deyə Mikayıl Cabbarov əlavə edib.

 

Избранный
48
5
azerbaijan-news.az

6Источники