AZ

Azərbaycandakı İsrail kapitallı şirkətlərin sayı açıqlanıb

Bu gün Azərbaycanda İsrail kapitallı 130 kommersiya qurumu fəaliyyət göstərir.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.

Onun sözlərinə görə, Azərbaycan və İsrail arasında əməkdaşlıq investisiyaların təşviqi və qarşılıqlı qorunması, habelə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərlə dəstəklənir: "Bunlar, işgüzar əlaqələrin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır. İqtisadiyyatlarımıza qoyulan qarşılıqlı investisiyaların dəyəri təxminən 600 milyon ABŞ dolları təşkil edir".

"Ölkələrimiz geniş spektrli sektorlar üzrə real nəticələr verən güclü və praqmatik tərəfdaşlıq qurublar. Buna misal olaraq, "Azərbaycan İnvestisiya Şirkəti" ASC (hazırda Azərbaycan Biznesinin İnkişafı Fondunun tərkibinə daxil edilib) və İsrailin 'OurCrowd' şirkəti arasında imzalanmış və icra olunan strateji əməkdaşlıq sazişini göstərmək olar. Bu saziş vasitəsilə Azərbaycan tərəfi enerji, səhiyyə, kiber-təhlükəsizlik, aqro-qida və təhsil texnologiyalarına diqqət yetirməklə texnologiya və biznes əlaqələrimizin genişləndirilməsinə yönəlmiş investisiyalar həyata keçirir", - deyə M.Cabbarov əlavə edib.

Seçilən
59
5
ikisahil.az

6Mənbələr