RU

Bakıda Dünya Bankının nümayəndələri ilə Orta Dəhliz müzakirə olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Mikayıl Cabbarov,Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastrukturüzrə regional direktoru cənab Çarlz Kormier və Dünya BankınınCənubi Qafqaz üzrə regional direktoru xanım Roland Prays OrtaDəhlizin inkişafını müzakirə ediblər.

Trend xəbər verirki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov öz rəsmi “X”səhifəsində yazıb.

“Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun infrastrukturüzrə regional direktoru cənab Çarlz Kormier və Cənubi Qafqaz üzrəregional direktoru xanım Roland Prays ilə görüşdə DB ilə ölkəmizinsəmərəli əməkdaşlığını məmnunluqla vurğuladıq. Birgə reallaşdırılanlayihələrin icra vəziyyətini dəyərləndirərək, şəhərsalma sektoruüzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin regionalperspektivlərini, şəhər mobilliyi, bərpaolunanenerji və "yaşıl"iqtisadiyyata keçid təşəbbüslərinə potensial dəstək imkanlarınınəzərdən keçirdik”, -deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Избранный
115
az.trend.az

1Источники