BAKI, 26 yanvar. TELEQRAF
Azərbaycan-İsrail qarşılıqlı investisiyalarının həcmi təxminən 600 milyon ABŞ dolları təşkil edir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən Azərbaycan–İsrail biznes forumunda bildirib.
Nazir qeyd edib ki, əməkdaşlığımız investisiyaların təşviqi və qarşılıqlı qorunması, eləcə də ikiqat vergitutmanın qarşısının alınması haqqında sazişlərlə dəstəklənir:
“Bu sənədlər biznes əlaqələrinin genişləndirilməsi üçün möhkəm hüquqi baza yaradır. Hazırda Azərbaycanda İsrail investisiyalı 130 kommersiya qurumu fəaliyyət göstərir”.