RU

Zelenskinin Davosdakı çıxışı uğursuz oldu - Dmitriyev

Ukrayna Prezidenti Volodimir Zelenskinin Davosdakı çıxışı uğursuz olub.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun ( RDIF ) rəhbəri Kirill Dmitriyev sosial media hesabında yazıb.

“Zelenskinin Davosda avropalılara ibrətamiz çıxışı uğursuz oldu. Ərazi güzəştlərini qəbul etməkdə gecikməsi sülhü ləngidir”, - deyə o bildirib.

Həmçinin keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Larri Conson əvvəllər Zelenskinin Davos sammitindəki çıxışı zamanı Avropa liderlərini və amerikalı həmkarı Donald Trampı təhqir etdiyini və bunun silahlı münaqişənin davam etməsinə səbəb olacağını qeyd etmişdi.

İlahə Qənbərli

Missiya.Az

Избранный
55
missiya.az

1Источники