RU

Əziz Şərifov: İdxal prosesində aparılan yoxlamalar zamanı 787 uyğunsuzluq halı aşkarlanıb

Bakı, 26 yanvar, AZƏRTAC

Ölkəmizə ötən il ərzində 107 ölkədən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətə aid müxtəlif növ məhsullar idxal edilib. İdxal prosesində aparılan yoxlamalar zamanı 787 uyğunsuzluq halı aşkarlanıb, təhlükəsizlik və keyfiyyət göstəricilərinə cavab verməyən 2 min ton və 308 min ədəd məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Bildirib ki, nəzarət tədbirləri çərçivəsində tərkibində qadağan olunmuş maddə aşkarlanan energetik içkilər, uyğunsuzluq müəyyən edilən uşaq qidaları, eləcə də təhlükəsizlik göstəricilərinə görə uyğunsuzluq müəyyən edilən ət və ət məhsulları, quş əti, bitkiçilik məhsulları, qənnadı məmulatları və digər məhsullar məhv edilib:

"Bundan əlavə, 7 müxtəlif ölkəyə məxsus 19 istehsalçı müəssisədən Azərbaycana məhsul idxalına qadağa tətbiq olunub", - deyə sədr müavini qeyd edib.

 

Избранный
56
2
azertag.az

3Источники