RU

ABŞ-də təyyarə qəzası: onların taleyi məlum deyil

ABŞ-ın Men ştatında "Bombardier Challenger 650" təyyarəsi qəzaya uğrayıb.

Musavat.com CNN-ə istinadən xəbər verir ki, qəza göyərtəsində 8 nəfər olan təyyarə havaya qalxarkən baş verib. Yerli WABI televiziya kanalının məlumatına görə, təcili yardım xidmətləri Men ştatında Bombardier biznes təyyarəsinin qəzaya uğradığı yerdə işləyir.

Stansdan verilən məlumata görə, qəza yerli vaxtla saat 19:45 radələrində  baş verib. Biznes təyyarəsinin yola düşdüyü Bangor Hava Limanı bağlıdır. Stansiya tərəfindən yayımlanan fotoşəkildə təyyarənin qəzadan sonra çevrildiyi və qismən dağıldığı görünür.

Mümkün xəsarət və ya itki, eləcə də qəzanın səbəbi barədə məlumat hələ açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
140
olaylar.az

1Источники