RU

Çelsi nin futbolçusu 33 illik rekordu təkrarlayıb

ain.az bildirir, Apasport portalına istinadən.

"Çelsi"nin gənc oyunçusu Estevao Villian bazar günü Premyer Liqada "Kristal Palas"a qarşı keçirilən oyunun (3:1) əsas qəhrəmanlarından biri olub.

Braziliyalı futbolçu matçın 34-cü dəqiqəsində hesabı açaraq komandasını önə keçirib. İkinci hissədə isə, 50-ci dəqiqədə həmyerlisi Joao Pedroya dəqiq ötürmə verərək asistlə yadda qalıb.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, Estevao Villian 18 yaş 276 günlüyündə Premyer Liqa oyununda həm qol vuran, həm də məhsuldar ötürmə edən son 33 ilin ən gənc futbolçusu olub.

Bu göstəricidə ondan daha gənc yaşda buna nail olan cəmi bir oyunçu var – Neil Şipperley. O da 1993-cü ilin aprelində 18 yaş 164 günlüyündə bu uğura imza atmışdı.

Qeyd edək ki, Estevao Villian Avropada ilk mövsümünü keçirir. Gənc futbolçu ötən yay Braziliyanın "Palmeyras" klubundan “Çelsi”yə transfer olunub.

Kolumbiyalı vinger “Qalatasaray”da - RƏSMİ

Ali Koç Buruku təhdid edib: “Qalatasaray”dan sərt açıqlama

Xabi Alonso "Liverpul"u çalışdıra bilər

DÇ-2026: Azarkeşlər bilet alarkən… - ARAŞDIRMA

ABL: NTD-dən qələbə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
1
apasport.az

2Источники