RU

Böyük Britaniya yeni Milli Polis Xidməti yaradır

Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya hökuməti yeni Milli Polis Xidmətinin yaradılacağını elan edib.

Hafta.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.

Yeni bölmə narkotik qaçaqmalçılığı və insan alveri kimi cinayətlərlə məşğul olan Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyinin funksiyalarını milli səviyyəli digər qurumların, xüsusən də antiterror və yol polisinin funksiyaları ilə birləşdirəcək.

Agentlik qeyd edir ki, "Britaniya FTB-si"nin rəhbəri - cinayətkarlıqla mübarizə üzrə milli komissar - ölkənin ən yüksəkrütbəli vəzifəli şəxsi olacaq. Hazırda hüquq-mühafizə orqanlarında ən yüksək vəzifəni London Polisinin (Skotland-Yard) rəhbəri tutur.

Britaniya hökuməti bu yenilikləri bu gün, yanvarın 26-da təqdim etməlidir.

Избранный
61
1
hafta.az

2Источники