Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarını cənginə alan güclü qar çovğunuümumilikdə 200 milyondan çox insanın yaşayışına təsir edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Ölkənin Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, güclüqar çovğunu Nyu-Meksiko ştatından ABŞ-nin Şərq sahillərindəyerləşən Nyu-İnqland bölgəsinə qədər uzanıb. Bəzi yerlərdə 40 sm-əqədər qar düşüb.
“PowerOutage” monitorinq xidmətinin məlumatına görə, 900 mindənçox ev təsərrüfatı işıqsız qalıb. Əlverişsiz hava ilə bağlısəbəblərdən yeddi nəfər həyatını itirib, Luizinada 2 nəfər yoldadonaraq ölüb. Massiv qar yağıntısı ABŞ-də hava nəqliyyatını daqismən iflic edib. Ölkədə 15 mindən çox hava reysi təxirəsalınıb.