RU

Yeni pandemiya yarana bilər - ÜST Nipah virusu ilə bağlı xəbərdarlıq edib - YENİLƏNİB

Hindistanda ölümcül Nipah virusunun yayılması qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə ÜST xəbərdarlıq edib.

Xəbərdarlığa əsasən xəstəlik yeni pandemiya potensialına malikdir.

Hindistanda ölümcül Nipah virusunun yayılması qeydə alınıb. Bu xəstəlik yeni pandemiyanın yaranması üçün potensiala malikdir.

Virus ölkənin üçüncü ən böyük şəhəri olan Kalkuttanın yaxınlığında yerləşən Qərbi Benqal ştatında aşkarlanıb. Hakimiyyət yoluxmuş şəxslərlə təmasda olan təxminən 100 nəfər üçün karantin tədbirləri tətbiq edib. Hazırda yoluxmanın beş təsdiqlənmiş halı var və onların hamısı tibb işçiləri arasındadır.

İki tibb bacısının vəziyyəti ağır qiymətləndirilir. Onlardan biri hazırda komadadır. The Economic Times nəşrinin məlumatına görə, həmin tibb bacısının analizlər götürülməmişdən əvvəl vəfat edən bir xəstəyə qulluq edərkən yoluxmuş ola biləcəyi ehtimal olunur.

Избранный
47
7
aznews.az

9Источники