11:30 25.01.2026
11:30 25.01.2026
Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.
Mynews.az xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi "VAZ 2106” markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Araşdırma aparılır.
Sürücünün Vətən müharibəsi şəhidi Ziya Gözəlovun atası, ölənin isə qazi atası olduğu bildirilir.