Ötən gün Masallı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Çaxırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Zahid İbrahimov idarə etdiyi VAZ-2106 markalı avtomobillə piyada 1961-ci il təvəllüdlü Həsənalı Abbasovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.