RU

Böyük Britaniyada FTB-nin analoqu yaradılacaq

Bakı. Trend:

Böyük Britaniya hökuməti İngiltərə və Uelsdə terrorizm,mütəşəkkil cinayətkarlıq və fırıldaqçılıq kimi ən ağır cinayətləriaraşdıracaq yeni bir qüvvə olan Milli Polis Xidmətini (MPS)yaradacaq.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" qəzetiBirləşmiş Krallığın Daxili İşlər Nazirliyinin rəhbəri ŞabanaMahmuda istinadən bildirib.

Nəşrin Amerika Federal Təhqiqat Bürosunun (FTB) ekvivalentiadlandırdığı yeni qurum ağır cinayətlərlə mübarizə məsuliyyətini özüzərinə götürəcək.

Hazırda bu vəzifə Milli Cinayətkarlıq Agentliyinə (NCA),regional bölmələrə və terrorizm halında isə Şotlandiya Yardınahəvalə edilib.

"Biz "Britaniya FTB" adlandırılan yeni Milli Polis Xidmətiyaradacağıq və təhlükəli cinayətkarları təqib etmək və yaxalamaqüçün dünyanın ən yaxşı heyətindən və ən son texnologiyadan istifadəedəcəyik. Bu, yerli hüquq-mühafizə orqanlarına yerli səviyyədəcinayətkarlıqla mübarizəyə daha çox diqqət yetirməyə imkanverəcək", - deyə nazir bildirib.

Избранный
158
1
az.trend.az

2Источники