RU

Fransa hökuməti yeni dəyişiklik astanasında

Fransa Baş Naziri Sebastyan Lekornu ölkənin büdcəsi təsdiqləndikdən sonra hökumətdə yenidən təşkilatlanma aparmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "Tribune Dimanche" qəzeti məlumat yayıb.

“Baş nazir, büdcə məsələsi uğurla həll olunarsa, hökumətdə dəyişiklikləri Respublika Prezidentinə təqdim etməyi düşünür”, - qəzet yazıb.

Məlumata görə, Fransa büdcəsi fevralın ortalarına qədər yekun təsdiqini alacaq.

Bundan əvvəl, fransız deputatlar gün ərzində ikinci dəfə Baş nazir Lekornunun hökumətinə etimadsızlıq səsverməsini rədd ediblər. Bu, hökuməti istefaya göndərmək üçün artıq altıncı cəhd idi.

Избранный
78
publika.az

1Источники