RU

KİV: ABŞ hesab edir ki, Putin və Zelenski arasında görüş tezliklə baş tuta bilər

Rəsmi Vaşinqton hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında görüş tezliklə baş tuta bilər.

"Report"un məlumatına görə, bu iddia ilə "Axios" portalı ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndəsinə istinadən xəbər yayıb.

"Biz Putin və Zelenski arasında görüşə çox yaxınıq", - deyən "Axios" mənbəsi bildirib və əlavə edib ki, bundan əvvəl əlavə üçtərəfli danışıqlar təşkil olunmalıdır.

"Düşünürik ki, bundan uzaqda deyilik. Əgər hazırkı kursumuza davam etsək, ora çatacağıq", - deyə o bildirib.

Portalın məlumatına görə, ABŞ administrasiyası Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə (BƏƏ) keçirilən üçtərəfli danışıqların "Vaşinqtonun təsəvvür edə biləcəyi qədər yaxşı" keçdiyinə inanır.

"Axios" ABŞ rəsmisinin dediyi sözlərə istinadən bildirib: "İndi olduğumuz yerdən məmnunuq".

Избранный
25
1
far.az

1Источники