RU

Uitkoff gələn həftə BƏƏ-də danışıqları davam etdirmək planlarını təsdiqlədi

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffgələn həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəflidanışıqların yeni mərhələsinin keçirilməsi planlarınıtəsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə Stiven Uitkoff "X" sosialşəbəkəsində yazıb.

"Cümə və şənbə günləri ABŞ, Ukrayna və Rusiya BƏƏ-nin evsahibliyi ilə üçtərəfli görüş keçiriblər. Danışıqlar çoxkonstruktiv keçib və müzakirələrin gələn həftə Əbu-Dabidə davametdirilməsi planlaşdırılıb", - deyə S.Uitkoff bildirib.

O əlavə edib ki, Tramp administrasiyası münaqişəyə "sonqoymaqda" qərarlıdır.

Избранный
22
4
az.trend.az

6Источники