Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff gələn həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsinin keçirilməsi planlarını təsdiqləyib.
Xezerxeber.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
Uitkoff bildirib ki, “cümə və şənbə günləri ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə BƏƏ-nin ev sahibliyi etdiyi üçtərəfli görüş keçirilib. Danışıqlar çox konstruktiv mühitdə baş tutub və müzakirələrin gələn həftə Əbu-Dabidə davam etdirilməsi planlaşdırılır”.
O əlavə edib ki, Tramp administrasiyası münaqişəyə son qoymaqda qətiyyətlidir.