Ukraynanın müxtəlif bölgələri, o cümlədən paytaxt Kiyev, Rusiya ordusunun raket və PUA hücumlarına məruz qalıb.
Kiyevin Qoloseyevski rayonunda qeyri-yaşayış binasına zərbə endirilib və yanğın baş verib; bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Darnitski rayonunda isə özəl tibb müəssisəsinə ziyan dəyib, bir nəfər yaralanıb. Dnepr, Solomyanski və Desnyanski rayonlarında da qeyri-yaşayış binalara zərər dəyib.
Xarkovda baş verən hücumlarda məcburi köçkünlər üçün yataqxana, xəstəxana və doğum evi zədələnib, vilayətdə 11 nəfər yaralanıb. Paytaxta onlarla dron və ballistik raketlə hücum edildiyi bildirilib.