RU

“Inqrid” fırtınası İspaniyanın əyalətində həyatı iflic edib

Bakı. Trend:

İspaniyaya şimal-qərbdən daxil olan “İnqrid” adlı güclü fırtınabaşda Qalisiya olmaqla bir çox bölgədə həyatı iflic edib. Güclü qar, fırtına və şiddətli küləklər səbəbindən nəqliyyat sistemindəciddi fasilələr yaranıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Rəsmi qurumların məlumatına görə, Qalisiya ilə Kastiliya və Leonbölgələrində, o cümlədən 17 avtomagistral daxil olmaqla ümumilikdə81 yol müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb. Əlverişsiz havasəbəbindən təhlükəsizlik tədbirləri maksimum səviyyəyəqaldırılıb.

Fırtınanın ən güclü hiss olunduğu Qalisiya bölgəsində küləyinsürətinin saatda 160 kilometri aşması səbəbindən muxtar hökuməthəftəsonu üçün “qırmızı həyəcan” rejimi elan edib. Bölgədə bütünidman və mədəni tədbirlər ləğv olunub.

Fövqəladə yardım xidmətləri əlverişsiz hava şəraiti ilə əlaqədargün ərzində 427 fərqli nöqtəyə müdaxilə edildiyini açıqlayıb. Aşmışağaclar, zədələnmiş tikililər və nəqliyyatda yaranan problemlərfövqəladə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirib.

Qeyri-sabit hava səbəbindən İspaniyanın bir çox bölgəsində qatarreysləri müvəqqəti olaraq dayandırılıb. Rəsmilər vətəndaşlarazərurət olmadıqca səyahət etməmələri barədə çağırış ediblər.

Məqalədə:
Избранный
162
1
az.trend.az

2Источники