Abşeronda marketdən 7 min manatlıq oğurluq olub.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xırdalan şəhərində zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.