AZ

Xırdalanda mağazadan 7 minlik OĞURLUQ

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi olub. Zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib.
 
DİN mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.
 
Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə evlərdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 25 yaşlı K.Şıxəliyev və 44 yaşlı Y.Əliyev müəyyən olunaraq saxlanılıblar.
 
Faktlar üzrə araşdırmalar aparılır.

 

Seçilən
44
19
7news.az

10Mənbələr