Bakı. Trend:
Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-da azı 14 ştat fövqəladəvəziyyət elan edib.
Trend xəbər verir ki, bunlarAlabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi,Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi,Texas və Virciniya ştatlarıdır. Paytaxt Vaşinqtonda azı 22santimetr hündürlüyündə qar gözlənilir. Şəhər də fövqəladə vəziyyətelan edən bölgələr arasındadır.
Artıq şənbə günü üçün ABŞ-da planlaşdırılan 1700-dən çox yerlivə beynəlxalq uçuş ləğv edilib.