AZ

ABŞ-ın 14 ştatında fövqəladə vəziyyət elan edildi

Yaxınlaşan qar fırtınası səbəbilə ABŞ-da azı 14 ştat fövqəladə vəziyyət elan edib.

Publika.az xəbər verir ki, fırtınanın Alabama, Arkanzas, Corciya, Kanzas, Kentukki, Luiziana, Missisipi, Missuri, Nyu-York, Şimali Karolina, Cənubi Karolina, Tennessi, Texas və Virciniya ştatlarına təsir etməsi gözlənilir.

Paytaxt Vaşinqtonda azı 22 santimetr hündürlüyündə qar proqnozlaşdırılır.

Seçilən
146
5
publika.az

10Mənbələr