RU

Türkmınistan Məclisinin sədri ilk dəfə Gürcüstana səfər edəcək

Tbilisi, 23 yanvar, AZƏRTAC

Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmurat Seyitməmədov Gürcüstan Parlamentində olub. O, Türkmənistan Parlamenti ilə Dostluq Qrupunun rəhbəri Davit Matikaşvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, tərəflər iki ölkə arasındakı münasibətləri və Türkmənistan Məclisi sədrinin Gürcüstana planlaşdırılan səfərini müzakirə ediblər.

Bildirilib ki, Türkmənistan Məclisinin sədri ilk dəfə olaraq Gürcüstan Parlamentinin sədrinin dəvəti ilə fevral ayının sonunda Tbilisiyə səfər edəcək: ”Bu səfər ölkələrimiz müstəqillik qazandıqdan sonra Türkmənistandan Gürcüstana ilk yüksək səviyyəli səfər olması baxımından əhəmiyyətlidir”.

Görüşdə Türkmənistanın Gürcüstanın mühüm tərəfdaşı olduğu və bu ölkənin "Orta Dəhliz" layihəsinin həyata keçirilməsindəki rolunin əhəmiyyətini qeyd edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
111
2
azertag.az

3Источники