Bakı, 23 yanvar, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov yanvarın 30-da qurumun Beyləqan Ərazi İdarəsində (ünvan: Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsi 95) Ağcabədi, Beyləqan, İmişli, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, saat 11:00-dan etibarən keçiriləcək görüşdə vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Görüşə gəlmək istəyənlər yanvarın 29-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər (012) 5108430 (daxili:72-65) telefon nömrəsi ilə və ya [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 6 saylı Beyləqan Ərazi İdarəsinə (telefon: (02122) 83367, 050 6899341 və ya elektron poçt ünvanı: [email protected]).