RU

"Çelsi" "Yuventus"un yarımmüdafiəçisini transfer etmək istəyir

"Çelsi" "Nottingem Forest"də çıxış edən "Yuventus"un yarımmüdafiəçisi Duqlas Luislə maraqlanır.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira sosial media hesabında paylaşım edib.

Futbolçunun transferində, eyni zamanda, "Aston Villa", Braziliyanın "Vasko da Qama" və "Ayaks" klubları da maraqlıdır.

"Yuventus" futbolçusunu transfer etmək istəyən klubdan 28.5 milyon avro tələb edir.

Qeyd edək ki, 27 yaşlı Duqlas Luis bu mövsüm İngiltərə Premyer Liqasında səkkiz oyunda iştirak edib. O, həmçinin Avropa Liqasında dörd oyun keçirib və bir məhsuldar ötürmə edib.

Çelsi

Избранный
162
redaktor.az

1Источники