RU

Ermənistan Azərbaycan benzininin keyfiyyətindən razıdır

Azərbaycandan idxal olunan benzinin keyfiyyəti Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə tam uyğundur.

Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Bazara Nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, benzin nümunələri üzərində Milli Standartlaşdırma və Metrologiya Orqanında laborator sınaqlar aparılıb və bütün partiya Avrasiya İqtisadi İttifaqının texniki tələblərinə tam cavab verir.

“Keyfiyyət baxımından heç bir problem aşkarlanmayıb”, - Kotolyan bildirib.

Избранный
89
10
aznews.az

10Источники