Azərbaycan benzininin idxalından sonra Ermənistanda yanacağın ucuzlaşması müşahidə edilir.
Publika.az xəbər verir ki, erməni jurnalist Hakop Koçaryan Ermənistanın yanacaq bazarında Azərbaycan benzininə görə xaos yaşandığını iddia edir.
Onun sözlərinə görə, Azərbaycan benzini satmayan şirkətlər bazarda mövqelərini qorumaq üçün qiymətləri endirmək məcburiyyətində qaldılar:
“Çünki Azərbaycan benzini satan şirkətlərin qiymətləri çox münasib olub və bu, digərlərinin bazarı itirməsi təhlükəsini yaradıb. Lakin həmin şirkətlər qiyməti endirsələr belə, Azərbaycan benzini satan şirkətlərdəki qiymətlərlə müqayisədə yenə də bahadır. Bu, o deməkdir ki, Azərbaycan benzini satmayan şirkətlər tezliklə iflasa uğrayacaq və bazardan çıxacaqlar”.