İranın xarici işlər naziri Abbas Əraqçi Ukrayna lideri Volodimir Zelenskinin İranın daxili işlərinə xarici müdaxilə çağırışına cavab verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, XİN rəhbəri bildirib ki, dünya təlxəklərdən bezib.
Əraqçi özünün X səhifəsində yazıb: "Dünya təlxəklərdən bezib, cənab Zelenski. Xaricdən maliyyələşdirilən və muzdlularla dolu ordunuzdan fərqli olaraq, biz iranlılar özümüzü müdafiə edə bilərik və xaricdən kömək istəməyi zəruri hesab etmirik".
Ağarza Elçinoğlu