RU

Tramp ABŞ sərhədlərinin mühafizəsinə NATO-nun cəlb olunmasını gündəmə gətirib

ABŞ Prezidenti Donald Trump ölkənin cənub sərhədlərinin qanunsuz miqrantların sızmasından qorunması məqsədilə NATO qüvvələrinin kollektiv müdafiə mexanizminin işə salınmasını və alyans əsgərlərinin bu prosesə cəlb olunmasını təklif edib.

Editor.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, NATO-nun prosesə qoşulması sərhəd patrul xidmətində çalışan çoxsaylı əməkdaşların digər vəzifələrə yönləndirilməsinə imkan verə bilər.

ABŞ Prezidenti eyni zamanda Fox Business telekanalına müsahibəsində bildirib ki, ABŞ heç vaxt NATO-ya real ehtiyac duymayıb və alyansdan ciddi tələblər irəli sürməyib.

 

//Gülnarə Abasova, Editor.az

Избранный
54
editor.az

1Источники