RU

Ötən il uşaq əməyinin istismarının qarşısını almaq üçün hansı tədbirlər görülüb? - AÇIQLAMA

Bakı.Trend:

Ötən il dövlət orqanlarından daxil olmuş materiallarınaraşdırılması zamanı 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlbedilməsi, 1 halda isə uşaqların həyatına, sağlamlığına vəmənəviyyatına təhlükə yaradan işlərə cəlb edilməsi faktıaşkarlanıb.

Trend xəbərverir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisiVəli Quliyev “Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrəgördüyü işlər və 2026-cı il üçün hədəfləri” mövzusunda keçirilənmətbuat konfransında çıxış edərkən deyib.

V.Quliyev bildirib ki, bu pozuntulara görə İnzibati XətalarMəcəlləsinin müvafiq maddələri əsasında işəgötürənlərə ümumilikdə 9300 AZN məbləğində inzibati cərimə tətbiq edilib:

“Eyni zamanda ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlaryaradılıb. Bununla yanaşı, uşaq əməyinə görə məsuliyyətinsərtləşdirilməsini nəzərdə tutan Cinayət Məcəlləsinə və İnzibatiXətalar Məcəlləsinə dəyişiklik layihələri hazırlanaraq Nazirliyətəqdim edilib. Həmçinin ƏMAS-da yaradılmış funksionallıq sayəsində15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsinin bağlanmasına dairbildirişin qeydiyyata alınmasına imkan verilmir”.

Qurum rəsmisi bildirib ki, sistemdə yeni yaradılmışfunksionallıqlara əsasən, 16 yaşdan az olan işçilərə əməkməzuniyyətinin 42 təqvim günündən, 16 yaşından 18 yaşınadəkişçilərə isə 35 təqvim günündən az təyin olunmasına qadağa müəyyənedilib:

“15-18 yaşınadək olan şəxslər üzrə həftəlik iş vaxtının yuxarıhəddi ilə bağlı məhdudiyyət tətbiq edilmişdir (16 yaşınadək işçilərüçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıqolmamaqla), 15-18 yaşınadək olan şəxslərlə əmək müqaviləsibağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən(qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edənşəxslərin yazılı razılığının ƏMAS-a əlavə edilməsi təmin edilib.Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş yaşı 18-dən az olanişçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli vəağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltıişlərin siyahısı üzrə uşaq əməyindən istifadənin qarşısınınalınması məqsədilə ƏMAS-da funksionallıq yaradılıb”.

Məqalədə:
Избранный
161
1
az.trend.az

2Источники