Marja.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Qrenlandiya məsələsində NATO ilə razılaşma çərçivəsinin formalaşdığını bildirərək, fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan tarifələrin tətbiq olunmayacağını açıqlayıb.
Marja xəbər verir ki, Tramp Qrenlandiya ilə bağlı bəzi ölkələri hədəf alan gömrük tarifi təhdidindən geri çəkilib. O, NATO ilə Qrenlandiyanın gələcəyinə dair razılaşmanın əsas konturlarının razılaşdırıldığını vurğulayıb və bu səbəbdən tarifələrin icrasından imtina etdiyini bildirib.

ABŞ Prezidenti Davosda NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyi görüşdən sonra sosial media hesabında paylaşım edərək, “Bu anlaşmaya əsaslanaraq, 1 fevralda qüvvəyə minməsi nəzərdə tutulan tarifələri tətbiq etməyəcəyəm”, – deyə qeyd edib.
Tramp razılaşmanın detalları ilə bağlı əlavə məlumat verməyib.
Gün ərzində 4885 dollara çatan qızılın unsiyasının qiyməti Tarmpın açıqlamasından sonra 4756 dollaradək geriləyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.