RU

“Qarabağ” - “Ayntraxt”matçının ilk hissəsi BAŞA ÇATDI

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayntraxt” (Almaniya) matçının ilk hissəsi başa çatıb.

Bizim.Media xəbər verir ki, qarşılaşmanın ilk 45 dəqiqəsi 1:1 hesablı bərabərliklə bitib.

Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edir.

Bunadək "Qarabağ" “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb, “Atletik"ə (1:3), "Napoli"yə (0:2) və "Ayaks"a (2:4) uduzub. 

"Ayntraxt" isə "Qalatasaray"a (5:1) qalib gəlib, "Napoli" ilə heç-heçə (0:0) edib, "Atletiko"ya (1:5), "Liverpul"a (1:5), "Atalanta"ya (0:3) və "Barselona"ya (1:2) məğlub olub.
 

Hazırda Liqa mərhələsinin turnir cədvəlində Qurban Qurbanovun komandası 7 xalla 25-cidir. 3 gün əvvəl Dino Toppmölleri istefaya göndərən və bugünkü matça Dennis Şmittin rəhbərliyi altında çıxacaq "Ayntraxt" isə 4 xalla 33-cüdür.


Qeyd edək ki, "Qarabağ" son - 8-ci turda səfərdə "Liverpul"la qarşılaşacaq (29 yanvar). 

Bizim.Media

Избранный
35
50
bizim.media

10Источники